Ağməmmədli kəndində sərt döngələrdə trampilinlər yoxdur
Ağməmmədli kəndində sərt döngələrdə
trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə
tez-tez yol nəqliyyat hadisələri baş verir.
Əməkdaşlarmızın Ağməmmədli kəndində çəkliş
apardığı zaman həmin sərt döngədə yol nəqliyyat hadisəsi baş
verib.
Kənd sakinləri yerli hakimiyyətdən həmin əraziyə tranpilinlər
quraşdırılmasını xahiş edirlər. Onlar bildirirlər ki, həmin ərazidə
trampilinin olmaması kənd sakinləri və məktəb şagirləri üçün
təhlükə yaradır.
Ağməmmədli kəndində baş verən bugünkü qəzada minik maşını
ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə patrul polisi çağırılıb və araşdırılma
aparılır.
Sakinlərin bildirdiyinə görə, Ağməmmədli kəndində bugünkü qəzanın
baş verməsinə məhz həmin sərt döngədə tramplinin olmaması səbəb
olub.