Polis Tbilisidə 4 maşını qarət etdiyinə görə yetkinlik yaşına çatmamış şəxsi saxlayıb
DİN-in Tbilisi Polis Departamenrinin Qədim Tbilisi İdarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində oğurluq ittihamı ilə, yetkinlik yaşına çatmamış şəxsi - 2001-ci il təvəllüdlü Q.C.-nı saxlayıb. Cinayət 4 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, saxlanılan şəxs cari ilin yanvar ayında Tbilisidə Nikoloz Çxeidze küçəsində vətəndaşlara aid olan 4 avtomobili qarət edib və hadisə yerindən qaçıb. Hüquq mühafizəçiləri Q.C.-nı Tbilisidə həbs ediblər.

İstintaq dəfələrlər törədilmiş oğurluq faktı ilə bağlı Gürcüstan CM-nin 177-ci maddəsinin 3-cü hissəsinin "b" altbəndi ilə gedir.

Mənbə: police.ge

Print