Marneulili dövlət məmuru, güman ki, narkotik maddələrin satışı ittihamı ilə saxlanılıb
12:52 / 15.02.2019
Marneuli bələdiyyəsinin Qullar ərazi
vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına
görə saxlanılıb.
Marneuli meriyasının administrativ xidmətinin rəhbəri Nino
Dekanoidzenin və həmçinin, Qullar ərazi vahidliyində merin
müvəkkili Abid Osmanovun bu faktla bağlı məlumatı yoxdur.
Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata
görə, dünən, 14 fevral tarixində Marneulidə narkotik maddələrin
satışı ittihamı ilə bir nəfər saxlanılıb, ancaq onun kimliyini
açıqlamırlar.
Saxlanılan şəxsin Qullar ərazi vahidliyinin mütəxəssislərindən biri
olduğunu "Marneuli" radiosuna etibarlı mənbədən bildirdilər və
həmin şəxs kimliyinin açılqnmasını istəmədi.
İstintaq Cinayyət Məcəlləsinin 260-cı maddəsi ilə gedir. Maddə 6
ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.