VİDEO/FOTO - Marneulidə qazdoldurma stansiyasında partlayış baş verib
11:05 / 18.02.2019
Marneulidə 26 may küçəsində qazdoldurma
stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30
radələrində qeydə alınıb.
Hadisə nəticəsində yanacaqdoldurma
məntəqəsinin köşkü və yük maşını yanıb. Yük maşınıın sürücüsü,
Keşəli kənd sakini Hümbət Əliyevin sözlərinə görə, hadisə o, yük
maşınını işə salan zaman baş verib. Maşının sahibi onu da bildirdi
ki, maşınında heç bir nasazlıq olmayıb və partlayışın səbəbi ona
məlum deyil.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə yanğınsöndürən briqadaları və polis səfərbər olunub.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.