Bələdiyyə Məclisinin müxalifətçi üzvü vətəndaşların qəbulu günü Parlament deputatının qəbulunda olub

Marneuli majoritar deputatı Ruslan Hacıyev bu gün, 18 fevral tarixində sakinləri qəbul edib,

o, görüşə “facebook”dakı “şir və aslanlar”ı dəvət edib.

Majoritar deputatla görüşə Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev də gedib. İmamquliyev bizimlə smöhbəti zamanı bildirdi ki, Hacıyevə əsasən üç sualı olub.

Ruslan Hacıyev Parlamentin Təhsil, Elm və Mədəniyyət Komitəsinin iclaslarında Marneuli bələdiyyəsinin hansı problemlərindən söz açır, nə üçün Tamaz Naverianinin təmsil etdiyi 36 saylı seçki dairəsi ərazisində Ruslan Hacıyevin təmsil etdiyi 35 saylı seçki dairəsi ərazisindən daha çox büdcə vəasiti xərclənir və Parlament və Bələdiyyə Məclislərində dövlət dilini bilməyən üzvlər olmalıdır, ya yox. “Avrobalı Gürcüstan”ın üzvü bu gün majoritar deputata məhz bu sualları ünvanlayıb.

“Cavablar mənimçün qaranlıq idi, çünki Ruslan Hacıyev deyir ki, elə adamlar (gürcü dilini bilməyənlər) işləməməlidir, lakin biz görürük ki, “Gürcü Arzusu”nun Bələdiyyə Məclisindəki və Parlamentdəki üzvləri dövlət dilini bilmir. Məhz bu Hacıyevin cavablarının reallığını göstərir”, – İmamquliyev deyir.

İmamquliyev qeyd edir ki, Hacıyev onun suallarından heç birinə cavab verməyib.

Ruslan Hacıyev bizimlə söhbəti zamanı bildirdi ki, İmamquliyev ona həqiqətən çoxlu sual verib, lakin görüşün başa çatmasından 40 dəqiqə keçib və bu sualların məzmunu yadında deyil.

“Bütün suallara normal cavab verdim, fikrimcə adi cavablar idi, bilmirəm, dəqiq yadımda deyil”, – Ruslan Hacıyev dedi.

Hacıyev hesab edir ki, ümumilikdə görüş yaxşı keçib, çünki Əhməd İmamquliyev müxalifət partiyasının Marneulidəki lideridir və onunla siyasi və sosial məsələləri müzakirə ediblər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები