Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı
Amerikalı alimlərin apardığı araşdırma zamanı
məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq
bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi
olan insanlar arasında daha çox yayılıb.
Alimlər 1989-cu ildən aparılan araşdırma nəticəsində belə qənaətə
gəliblər.
Bu illər ərzində 89000 şəxs arasında araşdırma aparıb. Onlarda
kolorektal xərçəngin 118 halı araşdırdıqdan sonra, tədqiqatçılar
belə qərara gəliblər ki, bir saat oturaraq televizora baxmaq
onkoloji xəstəliyin yaranma riskini 12% artırır.
Televizor qarşısında 2 saatdan çox vaxt ərzində oturan insanların
xəstəliyə tutulma riski 70 faizdən çoxdur.
Mənbə:
Milli.az