Heyvanların Mühafizəsi Federasiyasının tenderdə iştirakı və üçüncü dəfə dəyişdirilən direktor
Gürcüstanın Heyvanların Mühafizəsi
Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə
bizimlə əlaqə saxladı.
O,
təsdiq edir ki, bizim tərəfimizdən Marneuli meriyasının itlərin
sığınacağı haqqında tenderlə bağlı yayımlanan məlumat həqiqətə
uyğun deyil. Tender sənədlərində isə tam başqa şey qeyd olunub və
qeyd olunan nömrəyə zəng vurduqda bizə qaydaya əsasən “Vektra”
MMC-nın nümayəndəsi cavab verməli idi, ancaq Heyvanların Mühafizəsi
Federasiyası cavab verir.
Materialın efirə çıxmasından sonra Lacğebianinin özünə haqq
qazandırmaq üçün yeni təfərrüatlar yadına düşür.
“Telefon nömrəsi keçmiş direktora aiddir, Antoni
Kapatadzeyə. O, getdi və işini yerinə yetirə bilmədi, klinikada
(Kutaisi baytarlıq klinikası) telefon nömrəsini qoyub. Yeni
direktor təyin olunanda telefonu ona verdi və kim zəng vursa cavab
verəcəkdi – bu məqsədlə onda qalıb. Bu nömrə həqiqətdə nə bizim
təşkilata nə də yeni direktora, heç şirkətə də aid
deyil” – Temur Lacğebiani deyir.
Lacğebianidən fərqli olaraq Heyvanların Mühafizəsi Federasiyasında
çalışan Natia Abesadze təsdiq edir ki, Marneuli meriyasının
tenderində qeyd olunan nömrə həqiqətən də ona məxsusdur.
“Temur Lacğebianinin xidmətinə tabeyəm. Tenderdə
monitorinq xidmətinin nümayəndəsi olaraq mənim nömrəm qeyd olunub.
Ona görə ki, bildiyim qədər monitorinqin xarakterizəsini də
istəyirlər və ona görə mənim nömrəm qeyd olunub” -
Natia Abesadze deyir.
Bizdə elə təssürat yaranır ki, Natia Abesadze öz sözlərinə əmindir.
“Vektra” MMC-nın direktoru tenderdən məlum olduğu kimi 1995-ci ildə
anadan olmuş Giorgi Coxonelidzedir. Onun mobil nöməsini facebook
səhifəsindən tapdıq, ancaq bir neçə gündür ki, telefonu söndürülüb.
Lacğebiani təsdiq edir ki, Coxonelidze bizimlə söhbət etmək
istəmir.
“Həmin oğlan xirurqdur. Digər ikinci baytar Robert
Qodoladze də var. O, sadəcə maliyyə direktorudur. Hansı heyvana
yardım lazımdır hansına yox buna biz qərar veririk. İşini yerinə
yetirməklə bağlı yalnız menecer var və jurnalistlərlə müsahibəyə
memorandum çərçivəsində bizə dedi ki, siz cavab verin. Ona görə də
Giorgi Coxonelidze sizə cavab vermək istəmir. Çünki özü bu mövzuda
kompetentli şəxs deyil və deyir ki, birdən elə söz deyərəm
heyvanların mühafizəi baxımından düzgün olmaz” -
Lacğebiani deyir.
Lacğebianinin sözlərindən dolayı sualımız yaranır ki, itlərə
sığınacaq xidmətinin götərilməsinə Lacğebianinin dediyinə görə
kompetent olmayan şəxs niyə qoşulub. Biz maraqlandıq ki, Marneuli
meriyası “Vektra” MMC ilə müqavilə bağlayan zaman texniki
məsələlərlə bağlı kiminlə ünsiyyət qurub. Bu məsələ ilə bağlı
meriyadan izah edirlər ki, “Vektra” MMC-yə əlavə sualları olmayıb
Lazım olan halda isə tenderdə qeyd olunan nömrədən istifadə
edirlər.
“Vektra” MMC altı tenderdən yalnız üçündə qalib gəlib. Onların
ikisi Marneulidədir. İndi “Vektra”nın direktoru Giorgi
Coxonelidzedən cavab da tələb edə bilmərik, artıq o, da Kapatadze
kimi keçmiş direktorun siyahısına daxildir. Bir neçə saat əvvəl
İctimai Reyestrə dəyişikliklərlə bağlı tələb daxil olub. Ona əsasən
Giorgi Coxonelidze öz şirkətini “Vektra” MMC-ni təmənnasız olaraq
yeni direktora, 1993-cü il təvəllüdlü Qela Natsvlişviliyə
verib.
“Vektra” ilk işini Marneuli bələdiyyəsində həyata keçirib. Meriya
yoxlayıcı və işi yerinə yetirən təşkilatın eyni nömrə ilə təqdim
olunması zamanı maraq konfliktinin olub olmamasını araşdırmayıb.
Heç onu da bilmirik ki, bələdiyyə “Vektra”ın gördüyü işdən nə
dərəcədə razı qalıb. Bu suala tender komissiyasının üzvü və merin
müavini Laşa Lobjanidze cava verməkdə çətinlik çəkdi.
Fakt isə birdir – meriya “Vektra” ilə müqaviləni artıq ikinci dəfə
bağlayıb. Müqavilənin bağlanmasına baxmayaraq hələ də qeyd olunan
dəyişikliklərdən sonra tender komissiyasının şirkətdən qısa müddət
ərzində artıq üçüncü direktoru dəyişməsi kimi şərtləri nəzərə
alaraq əlavə zəmanətlər tələb edəcəyi məlum deyil. Maraqlıdır belə
şərtlərlə şirkət üzərinə götürdüyü öhdəlikləri vicdanlı şəkildə
yerinə yetirə biləcəkmi.