29 mart tarixində “Salam” platforması Marneulidə tərcümə
xidmətlərinin əlçatanlığı ilə bağlı aksiya-performans keçirib.
Təşkilat üzvləri səhər saatlarında Ədliyyə Evinin yaxınlığında
toplaşaraq, stol-stul qoyub sakinlərə pulsuz tərcümə resursları
təklif ediblər.
“Salam”-ın üzvlərindən olan Aytac Xəlilli Marneuli radiosu ilə
söhbəti zamanı bildirir ki, onların məqsədi dövlət qurumlarının
etnik azlıqların məskunlaşdığı icmalarda tərcümə xidməti
yaratmasıdır. Bu da əhalinin ünsiyyətini və
ehtiyaclarını
hakimiyyət orqanlarına çatdırmasını asanlaşdıracaq.
“Biz kəndlərə gedəndə çox adam deyir ki, su, uşaq
bağçası problemlərinə görə dil bilmədikləri üçün müraciət etmirlər.
Bəzi bələdiyyələrdə, inzibati vahidlikdə vətəndaşa bu halda kömək
etmək təşəbbüsü belə yoxdur. Bu gün biz gələnə qədər Ədliyyə
Nazirliyinin qaynar xəttinə zəng vurduq və soruşduq ki, misal üçün,
dil problemi olan Marneulililərə kömək göstərəcək əməkdaşları var
ya yox. Bizə dedilər ki, Gürcüstanda yaşayırıq və belə bir şey
yolverilməz olardı. Bizim tələbimizin də, kampaniyanın da
məqsədlərindən biri budur ki, dövlət xidmətləri dil bilməyən
vətəndaşlar üçün əlçatan olsun. Fəaliyyətin dövlət dilində olmasına
isə heç bir sözümüz yoxdur”.
“Salam” platformasının daha bir üzvü Benyamin Qasımoğlu “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirir ki, təşkilat bu kimi
aksiya-performansları Kvemo Kartlinin müxtəlif bələdiyyələrində
keçirəcək. O, bildirir ki, vətəndaşlar əksər hallarda dil
bariyerinə görə, dövlət qurumlarına müraciət edə bilmirlər. O,
hesab edir ki, hakimiyyət vətəndaşlara ünsiyyət qurmaq üçün şərait
yaratmalıdır.
“Bildiyiniz kimi, meriyada nə də heç bir dövlət
qurumunda tərcümə xidməti yoxdur. Fəaliyyət aydındır ki, dövlət
dilində olmalıdır. Ancaq tərcüməçiyə ehtiyac var. Vətəndaşlar
dövlət dilini bilmirlər və çoxsaylı xidmətdən yararlanmırlar. Ona
görə bu bizim bir növ mesajımızdır ki, buna ehtiyac var. Biz
Bolnisi, Dmanisidə işləyirik ki, meriyalarda, bələdiyyə
orqanlarında tərcüməçi xidməti olsun”.
“Salam” aksiya-performansı Ədliyyə Evindən sonra meriya ərazisində
davam etdirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415