Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında
bəyanat dərc edib.
Parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.
Bəyanata əsasən, parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli
“Gürcüstan parlamentinin sarayında təhlükəsizlik qaydalarının
təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin
18-dən sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Parlamentin
planlaşdırılan tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız
müvafiq struktur bölmələri tərəfindən
dəvət olunmuş şəxslər
buraxılacaq.
"Məhdudiyyət televiziya şirkətlərinin/telemedianın
akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Bu tədbirin
məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş
mühitinin təmin edilməsidir”, - məlumatda
deyilib.
Xatırladaq ki, aprelin 15-dən Gürcüstan parlamentində “Xarici
təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunur.
Aprelin 15, 16 və 17-də qanunverici orqanda analoji təhlükəsizlik
rejimi qüvvədə olub.
Hökumət administrasiyasının binası qarşısında “Vətəndaşlar”ın
lideri Aleko Elisaşvili ilə hüquq-mühafizə orqanlarının əməkdaşları
arasında qarşıdurma baş verib. A.Elisaşvili bir neçə dəfə polis
kordonunu yarmağa cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan
verməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.