Gürcüstan DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etirazçıların adi mağazada almaq mümkün olmayan gözyaşardıcı və boğucu qazı haradan əldə etdiyini araşdıracaq.

Bu barədə DİN-in rəis müavini Aleksandr Daraxvelidze bildirib.

A.Daraxvelidze qeyd edib ki, mitinq iştirakçıları parlamentə soxulmaq cəhdi zamanı gözyaşardıcı və boğucu qazdan istifadə ediblər. Etirazçılar polisə məşəl, daş və butulka atıblar: "Bu zorakı hərəkətlər nəticəsində Daxili
İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin əməkdaşı xəsarət alıb. Son iki gündə mitinq iştirakçılarının amansız hücumları nəticəsində Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb, onlardan biri əməliyyat olunub və hələ də tibb müəssisəsindədir. Bundan başqa, aksiya iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin binasında və həyətyanı sahədə yerləşən Daxili İşlər Nazirliyinin əməkdaşlarına müxtəlif ağır əşyalar, o cümlədən butulka və daşlar atıblar, gözyaşardıcı qaz tətbiq ediblər. Həmçinin, ictimaiyyət mitinq iştirakçılarından birinin inzibati binada yerləşən videomüşahidə kamerasını necə zədələdiyini açıq şəkildə gördü”,
- A.Daraxvelidze bildirib.

O, vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı rezin güllələrdən istifadə etməyib. Yalnız su şırnaqları, bibər qazı və gözyaşardıcı qazdan istifadə olunub.

“Etirazçılar Gürcüstan parlamentinin binasına soxulmağa cəhd ediblər”, - A.Daraxvelidze bildirib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა