Marneuli meriyası 9 may üçün çiçəkləri sadələşdirilmiş qaydada alacaq
Marneuli yerli özünüidarəsi 9 mayı qeyd etmək üçün çiçəkləri sadələşdirilmiş qaydada alacaq. Marneuli meriyası və Xatuna Palavandişvili arasında bağlanmış müqaviləyə əsasən, yerli özünüidarə bir gül dəstəsi və 20 ədəd qırmızı qərənfil alacaq.

“Xatırladaq ki, faşizm üzərində qələbədən 79 il ötür. Bu müharibə bəşəriyyət tarixinə ən qanlı və məhvedici hadisə kimi düşüb.

Gürcüstandan getmiş on minlərlə döyüşçü
faşistlərlə mübarizə aparırdı. Onlar millər və ölkə qarşısında öz borclarını vicdanla yerinə yetiriblər.

Müharibəyə gedənlərdən çoxu geri qayıtmayıb, qayıdanların əksəriyyəti isə artıq bizimlə deyil.

İkinci dünya müharibəsində həlak olmuş qəhrəmanlara bir daha hörmətimizi göstərməyi və “Yenə də böyüyəcəklər” abidəsinə gül dəstəsi, canlı güllər (20 ədəd qərənfil) qoymağı məqsədəuyğun hesab edirəm”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Marneuli yerli özünüidarəsi 9 may tarixini qeyd etmək üçün çiçəkləri 560 lariyə alacaq. Bir gül dəstəsinin qiyməti 500 lari, 20 ədəd qərənfilin qiyməti isə 60 laridir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google