Marneulidə avtomobillərin təmiri və ehtiyat hissələri obyektində güclü yanğın baş verib
11:37 / 31.08.2018
Bu gün, 31 avqust tarixində Marneuli şəhərinin Rustaveli 36
ünvanında avtomobillərin təmiri və ehtiyat hissələrinin satışı
obyektində güclü yanğın baş vermişdir.
Fərdi sahibkara məxsus olan avtomobillərin təmiri və ehtiyat
hissələri obyekti "Marneuli mall" ticarət mərkəzinin yaxınlıığında
yerləşir.
Hadisə şahidlərinin sözlərinə görə yanğın 7:20 radələrində baş
vermişdir. Onu da əlavə etdilər ki, yanğın elektrik naqillərinin
qısa qapanması nəticəsində baş verib. Hadisə yerinə Marneuli
Fövqaladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları cəlb
olunmuşdur və yanğının tez bir zamanda qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmamışdır və yaxınlığında yerləşən
ticarət obyektlərinə heç bir zərər dəyməmişdir. Yanğının dəqiq
hansı səbəbdən baş verdiyi bilinmir və hadisə ilə bağlı
araşdırmalar aparılır.