Strasburqda atışma – üç nəfər ölüb, 11 nəfər yaralanıb
13:12 / 12.12.2018
Ötən
gün Fransada Milad bayramı ilə əlaqədar təşkil olunan bazarda
atışma baş verib.
Hadisə axşam saat 20:00 radələrində baş verib.
Bir nəfər Strasburqda Milad bayramı ilə bağlı təşkil olunan bazara
daxil olaraq silahdan atəş açıb. Nəticədə, üç nəfər dünyasını
dəyişib, 12 nəfər isə yaralanıb ki, onlardan da altısınınn
vəziyyəti ağırdır.
Hadisəni törədənin şəxsiyyəti məlumdur və o, hələ də azadlıqdadır.
Onun axtarışları davam edir. Paris prokurorluğu “qətl, terrorçuluq
və cinayətkar dəstələrlə əlaqəli qətl törədilməsi” maddəsi ilə
cinayət işi açıb.
Ba-Ren prefekturasının verdiyi məlumata əsasən, cinayətkar bazara
daxil olaraq avtomat silahdan üç mövqedən atəş açıb. Hərbçilər,
polis qüvvələri və təcili yardım maşınları hadisə yerinə gəlib.
Bundan sonra polis ətraf ərazilərdə insanların kafe, restoran və
digər qapalı məkanlardan çıxmasına qadağa qoyub.
Daxili işlər naziri Kristof Kastaner bildirib ki, qaçmağa müvəffəq
olan cinayətkarın şəxsiyyəti müəyyən edilib. O, əvvəllər Fransa və
Almaniyada həbs olunub və məhkumluq həyatı yaşayıb. Onun 1989-cu
ildə Strasbuqda anadan olduğu bildirilir.
Cinayət zamanı avtomatik silahdan istifadə olunub. Daha bir
məlumata görə, hadisə baş verən gün səhər polis oğurluqda və
sui-qəsd törətməkdə təqsirli bilindiyi üçün onun evində axtarış
işləri aparıb. Lakin evdə olmadığı üçün onu saxlamaq mümkün
olmayıb.
Bundan əlavə, Kristof Kastaner dəqiqləşdirib ki, cinayətkarın həbs
olunması üçün 350 polis işçisi səfərbər edilib, axtarışlara iki
helikopter və əsgərlər cəlb olunub.