Həbsdən azad edilmiş Abazovun ilk müsahibəsi
"Mən çirkin təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib ki, o, ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək istəyirmiş. Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi idi " - bildirib Marneulinin keçmiş meri Temur Abazov. “Rustavi 2” televiziyası ilə söhbəti zamanı.

Temur Abazovun bildirdiyinə görə o, ittiham olunan şəxs imiş. Abazov böhtan maddəsinə əsasən məhkəməyə şikayət ərizəsi daxil etməyi planlaşdırır. Onun sözlərinə görə bu dövr ərzində onun ailəsi "təsəvvür edilməz dərəcədə təhqir edilib".


Marneuli meri Temur Abazovu həbsdən azad ediblər. Bu haqda məlumatı Abazovun dostu yayımlayıb. Təqribən 7 ay ərzində Temur Abazov həbsdə olub.

"Marneuli" Radiosuna Abazovun həbsdən azad edilməsi ilə bağlı məlumatı onun vəkili Qaqi Mosiaşvili təsdiq edib və deyib ki, "Abazovun həbsdə saxlanılması üçün heç bir əsas yox idi və həbs tədbirinin dəyişdirilməsi formatında məhkəmə qərarı ilə azad edildi".

Abazovun azad olunması haqqında məlumatı sosial şəbəkədə onun dostu Dato Hüseynov da yayımlayıb.

Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftar faktına görə Marneuli meri məhkəmə tərəfindən 14 iyunda azadlıqdan məhrum edilib.

Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3-cü maddəsinin 2-ci hissəsinin "a" altbəndi və 25, 157.1 maddəsinin birinci və ikinci hiasələri ilə başlamışdı. Həmin işlə bağlı A.Allahverdiyev, A.Süleymanov və E. Quliyevə qarşı Gürcüstan CM-nin 126-cı maddəsinin 1.1-ci hissəsinin b altbəndi ilə başlamışdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google