VİDEO - İstintaq xidməti aksizsiz tütün məhsulunun saxlanılması-daşınılması ilə bağlı dörd fakt aşkar edib
13:31 / 14.12.2018
Gürcüstan Maliyyə Nazirliyinin istintaq
xidmətinin əməkdaşları gəlirlər xidmətinin nümayəndələri ilə
koordinasiyalı şəkildə apardıqları tədbirlər nəticəsində böyük
miqdarda aksizsiz məhsulun aksiz markası olmadan
saxlanılması-daşınılması ilə bağlı dörd fakt aşkar
edib.
İstintaq nəticəsində müəyyən edilib ki, Tbilisidə və Kaxeti
bölgəsində adları cinayətdə hallanan şəxslər sonradan satış
məqsədilə İQOS elektron siqaret üçün nəzərdə tutulan “HEETS”-
şirkətinin istehsalı olan 3 451 qutu aksizsiz siqaretini
saxlanılması-daşınmasını həyata keçiriblər.
İstintaq nəticəsində aşkarlanan aksizsiz tütün məhsulunun ümumi
bazar dəyəri 18 000 laridən çoxdur.
Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin birinci və ikinci
hissələri ilə istintaq davam edir. Həmin maddə 4-dən 6 ilə qədər
azadlıqdan məhrum edilməni nəzərdə tutur.