Gürcüstan prezident administrasiyasının yenidən təşkil olunması işlərinin birinci mərhələsi başlayıb
14:10 / 15.01.2019
Gürcüstan
prezident administrasiyasının yenidən təşkil olunmasının ilk
mərhələsi 15 yanvardan ikinci mərhələ isə 15 fevraldan başlayacaq –
bu haqda Gürcüstan prezidentinin mətbuat katibi Xatia
Moisdzrapişvili bir neçə gün əvvəl bildirib.Onun
izahatına görə 17 dekabrdan yeni konstitusiya qüvvəyə minib və
onunla Gürcüstan prezidentinin yeni hüquq-öhdəlikləri müəyyən
edilib. Müvafiq olaraq Gürcüstn prezidentinin dmiistrasiyasında
“Gürcüstan büdcəsi haqqına” qanuna görə 60 ştat müəyyən edilib.
1 yanvardan büdcədə məhz belə ştat vahidlərini nəzərdə tutulmasına
görə, 31 dekabrda Gürcüstan prezidentinin administrasiyası
reorqanizasiya prosesi elan etdi. 15 yanvarda siyasətin işlənilməsi
başa çatacaq, kvalifikasiya tələbləri məlum olacaq.
Xatırladaq ki, prezident administrasiyasının qeyd olunan ştat
vahidləri böyük miqyasda deyil. Çünki o, mütləq fəaliyyətdə və çox
səmərəli olmalıdır ki, Gürcüstan prezidenti öz öhdəliklərini
maksimum dərəcədə faydalı şəkildə həyata keçirə bilsin.
15 yanvardan reorqanizasiyanın ilk mərhələsəi başlayacaq və birinci
mərhələdə kvalifikasiyanın qane edilməsinə uyğun olaraq daxili
resurslar üçün təkliflər olunacaq.