"SOGAR
GAS GEORGİA" rəsmi FACEBOOK səhifəsidə paylaşım edərək əhaliyə
evlərdə qazın necə quraşıdırılması haqda xəbardarlıq
edib.Video paylaşımda qızdırıcılar və digər
əşyaların düzgün quraşdırılmadığı təqdirdə hansı nəticələrin baş
verə bilərcəyi çatdırılır.
Həmçinin, problem yarandığı təqdirdə əhalinin 16 114 qaynar xəttinə
zəng etmələrinə dair məlumat verilir.
Paylaşılan həmin videonu sizə təqdim edirik.
Xatırladaq ki, 16 yanvar tarixində saat 20:30 radələrində paytaxt
Tbilisi şəhərində, Didi Diğomidə yaşayış binalarından birində təbii
qaz sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə 4 nəfər
dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanada
müalicə alırlar. Ölən və yaralananlar arasında 4 yaşlı uşaq da
var.
Onu da əlavə edə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi
tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Baş Nazir
Mamuka Baxtadzenin əmri ilə bu gün Gürcüstanda matəm günü elan
edilib.