İstintaq xidməti qanunsuz istehsal faktı ilə bağlı iki nəfəri məsuliyyətə cəlb edib
14:14 / 01.02.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində qrup şəklində
qanunsuz istehsal işinin həyata keçirilməsi ilə bağlı 2 nəfəri
məsuliyyətə cəlb edib.
İstintaqla müəyyən edilib ki, ittiham olunanlar istehsal işləri
üçün müəyyən edilmiş müvafiq vergilərdən çəkinmək üçün dövlət
qeydiyyatından kənar kommersiya işləri həyata keçirirlərmiş.
Konkret olaraq isə xarici internet mağazalar vasitəsilə davamlı
olaraq bahalı saatlar əldə edir və sonra Gürcüstanda
satırlarmış.
İstintaq müəyyən edib ki, cinayətdə iştirak edən şəxslər qanunsuz
istehsal işinin həyata keçirilməsi nəticəsində ümumi hesabda böyük
məbləğ – 1,5 mln laridən artıq gəlir əldə ediblər.
İstintaq Gürcüstan CM-nin 192 və 218-ci maddələrinin ikinci hissəsi
ilə gedir. Maddə cəza olaraq 5 ildən 8 ilə qədər azadlıqdan məhrum
edilməniz nəzərdə tutur.