İstintaq xidməti qanunsuz istehsal faktı ilə bağlı iki nəfəri məsuliyyətə cəlb edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində qrup şəklində qanunsuz istehsal işinin həyata keçirilməsi ilə bağlı 2 nəfəri məsuliyyətə cəlb edib.

İstintaqla müəyyən edilib ki, ittiham olunanlar istehsal işləri üçün müəyyən edilmiş müvafiq vergilərdən çəkinmək üçün dövlət qeydiyyatından kənar kommersiya işləri həyata keçirirlərmiş. Konkret olaraq isə xarici internet mağazalar vasitəsilə davamlı olaraq bahalı saatlar əldə edir və sonra Gürcüstanda satırlarmış.

İstintaq müəyyən edib ki, cinayətdə iştirak edən şəxslər qanunsuz istehsal işinin həyata keçirilməsi nəticəsində ümumi hesabda böyük məbləğ – 1,5 mln laridən artıq gəlir əldə ediblər.

İstintaq Gürcüstan CM-nin 192 və 218-ci maddələrinin ikinci hissəsi ilə gedir. Maddə cəza olaraq 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilməniz nəzərdə tutur.

Mənbə: is.ge

Print