Qaracalar kəndində 19 yaşlı oğlanı qətlə yetriblər (VİDEO)
Telavi bələdiyyəsinin Qaracalar kəndində 19 yaşlı oğlanı öz kəndlisi öldürüb.

Hadisə bir neçə dəqiqə əvvəl kənd məscidinin qarşısında baş verib. Məlumata görə, gəncə odlu silahdan ölümcül yara vurulub. Hadisə yerinə hüquq mühafizəçiləri və yerlilər toplaşıblar.

Qaracalar kənd sakinlərinin məlumatına görə hadisə intiqam almaqla bağlıdır. Onların sözlərinə görə qətldən sonra günahkar şəxs könüllü polisə təslim olub.

Hadisə ilə bağlı 108-maddə ilə istintaq başlayıb. Maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Mənbə: İnterPressNews

Print