Qaracalar kəndində bir neçə gün əvvəl öldürülmüş 19 yaşlı gəncin ailəsi və yaxınları qətldə ittiham olunanın ailəsinin və qohumlarının kənddən çıxarılmasını tələb edirlər
12:57 / 05.02.2019
Telavi bələdiyyəsinin Qaracalar kəndində bir
neçə gün əvvəl öldürülmüş 19 yaşlı gəncin ailəsi və yaxınları
aksiya keçirirlər.
Onlar qətldə ittiham olunanın ailəsinin və
qohumlarının kənddən çıxarılmasını tələb edirlər. Aksiyanın
keçirildiyi əraziyə polis səfərbər olunub.
Öldürülənin atası Radim Qurbanovun sözlərinə görə, onun evladının
öldürülməsi 10 il əvvəl baş vermiş bədbəxt hadisə ilə
əlaqədardır.
“Biz buraya toplanmışıq və tələb edirik ki, ailə və
bütün onun nəsili bu kənddən köçsün. 10 il əvvəl mənim oğlum 9
yaşında olanda, atamla birgə çobanlığa gedibmiş və orada tüfəngimiz
var idi. Bu qatilin qardaşı götürüb və təsadüfən atəş açıb və
nəticədə yerindəcə dünyasını dəyişmişdi. Ekspertiza və polis bizi
düşünmədi, atam həbsxanada oturdu. İndi bunlar evladımı öldürdülər,
dayanmayacaqlar və biz də dayanmayacağıq. Polisə təslim olub və bu
yetərli deyil. Onların evlərini yandıracağıq” - deyir
öldürülən gəncin atası Radim Qurbanov.
Qətl cümə günü baş verib. İstintaq 108-ci maddə ilə gedir və maddə
qəsdən adamöldürməni nəzərdə tutur. Polis günahkarı baş verən
hadisədən bir neçə saat sonra həbs edib.