Marneulili dövlət məmuru, güman ki, narkotik maddələrin satışı ittihamı ilə saxlanılıb
Marneuli bələdiyyəsinin Qullar ərazi vahidliyinin mütəxəssisi güman ki, narkotik maddələrin satışına görə saxlanılıb.
Marneuli meriyasının administrativ xidmətinin rəhbəri Nino Dekanoidzenin və həmçinin, Qullar ərazi vahidliyində merin müvəkkili Abid Osmanovun bu faktla bağlı məlumatı yoxdur.

Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata görə, dünən, 14 fevral tarixində Marneulidə narkotik maddələrin satışı ittihamı ilə bir nəfər saxlanılıb, ancaq onun kimliyini açıqlamırlar.

Saxlanılan şəxsin Qullar ərazi vahidliyinin mütəxəssislərindən biri olduğunu "Marneuli" radiosuna etibarlı mənbədən bildirdilər və həmin şəxs kimliyinin açılqnmasını istəmədi.

İstintaq Cinayyət Məcəlləsinin 260-cı maddəsi ilə gedir. Maddə 6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google