18 fevral üçün ulduz falı
Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss edəcəksiniz.

Buğa - Yaşam və fəaliyyət arealında yenilənmələr aparmaq üçün əlverişli zamandır. Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və ya məhsulu almaq üçün pul xərcləməkdən çəkinməyin. Səfər və ya səyahətə hazırlaşmaq, planlaşdırmaq, təşkilati məsələləri həll etmək olar.

Əkizlər - Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sürprizlər yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz. Lakin sonradan hadisələr sizə rutin təsir bağışlayacaq. Arzuladığınız təklifi alanda belə, sevinə bilməyəcəksiniz.

Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli olub-olmadığını düşünün.

Şir - Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər yaratmaq üçün əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan artıq görünməyə çalışmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlər harmonik olacaq. Rəqiblər sizinlə aşkar qarşıdurmaya cürət etmirlər.

Qız - Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata çatacaq. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll edən zaman əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq rəqibləri üstələyin.

Tərəzi - Sizi qətiyyətli və inadkar insan saymayan insanlar yanıldıqlarını anlamalıdırlar. Buna nail olun. Sədlərə və maneələrə fikir vermədən məqsədə doğru inamla irəliləyin. Bədxahlarınızın ehtimallarının puç olduğunu göstərin, hədəfə daha tez çatın. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlar əldə edə bilərsiniz. 

Əqrəb - Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin. Bu, yanlışdır, illüziyadır. Bu gün təriflənmir və dəyərləndirilmirsinizsə, deməli, sizə ya paxıllıq edirlər, ya da kimsə hisslərini açıqlamağa utanır. İşgüzar danışıqlar və görüşlər üçün əlverişli zamandır. 

Oxatan - Köhnə dostlar və ya əvvəlki iş yerinizdəki sabiq həmkarlarınızdan alınan xəbərlər sizi sevindirəcək. Uzun müddətdən bəri uğurlu və effektiv fəaliyyət göstərdiyiniz insanlardan birindən işgüzar təklif alacaqsınız.

Oğlaq - Rəğbət bəsləmədiyiniz, hətta zəhləniz gedən insanlarla çalışmalı olacaqsınız. İrada, tənqidə sakit reaksiya verin. Konstruktiv olmayan tənqidləri qulaqardına vurun. Məntiqli tənqiddən isə nəticə çıxarın. Bu gün şəxsi həyatınızla bağlı məsələləri kimsə ilə müzakirə etməyin. Belə davranışın heç bir faydası yoxdur.

Dolça - Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı gündür. Xırdalıqlar və detallar fikrinizi yayındırmasın. Bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işlərlə etibar etdiyiniz insan maraqlana bilər. Gəlir və hədiyyə istisna olunmur.

Balıqlar - Yaxın ətrafınızdakı insanlar sizə pis olmayan məsləhətlər verirlər. Bildiyiniz kimi davranaraq kobud səhvlərə yol verməyin. Bu gün aldığınız dərslər faydalı ola bilər.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google