Novruz bayramı qabağı Marneuli bazarında məhsulların qiyməti
Marneuli bazarında 19 mart tarixində Novruz bayramı ərəfəsi məhsulların qiymətlərində dəyişikliklər müşahidə olunur. Satıcılar qiymətlərin bahalaşdığını və alıcıların sayının az olduğunu söyləyirlər.

“Elə də alıcı yoxdur. Bayrama xeyli vaxt qalmış gəlib alırlar. Əvvəlki vəziyyətlə, indiki vəziyyət arasında çox fərq var. Bir neçə il bundan əvvəl hər şey ucuz idi və çox sayda da alıcı müşahidə olunurdu. İndi isə qiymətlər bahalaşıb və alıcıların sayı azalıb”, - “Marneuli” radiosu ilə söhbəti zamanı satıcı Famil Sarıyev bildirdi.

Bundan əlavə, bazarın daxilində işləyən satıcılar bazarın xaricində işləyən satıcılardan şikayətlənirlər. Onlar qeyd edirlər ki, hər ay bazara vergi ödəyirlər, ancaq gəlir əldə edə bilmirlər.

“Mən burada, bazarın daxilində satış edə bilmək üçün hər ay 165 lari vergi ödəyirəm. Onlar xaricdə olduqları üçün alıcılar oradan alırlar və buraya gələn olmur. Maşınlar da keçə bilmirlər. Onlar satırlar amma biz hələ heç nə sata bilməmişik. Onlar vergi ödəmirlər, biz isə hər ay vergi ödəyirik, əvəzində heç nə sata bilmirik”, - satıcılardan biri qeyd etdi.

Bazarda bu günə, 19 mart tarixinə olan qiymətləri sizlərə təqdim edirik.
  • 1 kq qoz ləpəsi - 23-28 lari.
  • 1 kq yer fındığı - 15 lari
  • 1 kq ağ kişmiş - 15 lari
  • 1 kq badam ləpəsi - 25-35 lari.
  • 1 kq fındıq ləpəsi - 25-35 lari

 

 

  • 1 kq alma - 5 lari
  • 1 kq üzüm - 8 lari
  • Ananas - 13 lari
  • 1 kq xiyar - 6 lari
  • 1 kq pomidor - 6 lari
  • Kələm - 1 lari

 

 

Bununla yanaşı, bazarda Novruz xonçaları düzəltmək üçün səbətləri və səməniləri də görmək olar. Fərqli formalarda olan səbətlərin qiyməti 45-50 lari, fərqli ölçülərdə olan səmənilərin qiyməti isə 4 laridən başlayır və 15 lariyədək davam edir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415




Print ელ. ფოსტა
FaceBook Twitter Google