Qardabanidə bacısını öldürən 23 yaşlı kişi həbs edilib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qardabanidə bacısını qətlə yetirən 23 yaşlı kişi həbs edilib.

Nazirliyin məlumatına görə, həmin şəxs isti izlərlə saxlanıb.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis Departamentinin əməkdaşları isti izlərlə aparılmış operativ tədbirlər və istintaq nəticəsində 2001-ci il təvəllüdlü N.İ-ni ailə üzvünə qarşı törədilmiş qəsdən adamöldürmə ittihamı ilə saxlayıb. İstintaq nəticəsində aydın olub
ki, müttəhim, Qardabanidə, özünün idarə etdiyi avtomobil ilə qəsdən bacısını, 1995-ci il təvəllüdlü Ş.İ-ni vurub, daha sonra isə bıçaqla ona çoxsaylı xəsarət yetirərək hadisə yerindən qaçıb. Ş.İ aldığı xəsarətlər nəticəsində yerində dünyasını dəyişib. Polislər N.İ-ni müttəhim olaraq isti izlərlə saxlayıblar. Polis cinayət tördilən silahı - bıçağı sübut olaraq götürüb”,
- məlumatda deyilir.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin "k" bəndi ilə istintaq aparılır. Həmin maddə ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə törədilmiş qəadən adamöldürməni nəzərdə tutur.

Cinayətə görə, 16 ildən 20 ilə qədər, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

 

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google