Daxili Işlər Nazirliyi şəxsi həyat sirrinin açılması və qəsb etmə ittihamı ilə Azərbaycan vətəndaşını saxlayıb
16:32 / 14.07.2018
DİN-in Kvemo Kartli polis departamentinin əməkdaşları Marneulidə
operativ məlumat əsasında aparılan davamlı istintaq fəaliyyəti
nəticəsində
şəxsi həyat sirrinin açılması və qəsb etmə ittihamı ilə Azərbaycan
Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü S.Z. saxlayıb.
Onun tərəfindən törədilmiş cinayət 4-dən 7 ilə qədər azadlıqdan
məhrum edilməsni nəzərdə tutur.
İstintaq müəyyən edib ki, Marneulidə müvəqqəti yaşayan S.Z.
fahişəliklə məşğul imiş. O, Türkiyə vətəndaşı biznesmen A.A. ilə
intim mümasibəti çəkib ki, şantaj yolu ilə qeyd olinan şəxsdən
böyük məbləğdə pul alsın.
Şəxsi həyatı əks etdirən videonun sosial şəbəkədə yayılması hədəsi
ilə S.Z. biznesmendən pul qəsb etməyi planlaşdırıb. Polis S.Z.-nı
pul verən zaman saxlayıb.
Faktla bağlı Gürcüstan CM-nin 157-ci prima maddəsinin 1-ci hissəsi
ilə və 181-ci maddəsinin 1-ci hissəsi ilə istintaq gedir.