Qardabani meri Ramaz Budağaşvili 18 il tələbə olub. Bu haqda
“İnfo Rustavi” yazır.
Ramaz Budağaşvilinin diplomunun surəti yayımlanır. Sənəddə qeyd
olunub ki, 1987-ci ildə Ramaz Budağaşvili Gürcüstanın Texniki
Universitetinin Avtomobillər və Avtomobil Təsərrüfatı fakultəsinə
qəbul olub, tam bakalavr kursunu isə 18 ildən sonra 2005-ci ildə
bitirib.
2005-ci ildə Budağaşviliyə avtomobillər və avtomobil təsərrüfatı
kvalifikasiyası ilə avtomobil nəqliyyat mütəxəssisi üzrə bakalavr
dərəcəsi verilib. Qardabaninin indiki meri ixtisasca avtomobil
nəqliyyatı üzrə mütəxəssisdir.
18 illik tələbəlik haqqında Budağaşvili media ilə danışmaq
istəmədi. Ancaq təsdiq etdi ki, bu həqiqətən də onun dipomunun
surətidir.