Braziliya və İrandan 3 kq-dan artıq "Kokain" və yarım kq-a qədər "heroin"in gətirilməsi ittihamı ilə üç nəfər saxlanılıb
16:25 / 05.12.2018
Hüquq mühafizəçiləri Gürcüstanda böyük miqdarda narkotik maddənin
qanunsuz gətirilməsi faktına dair iki nəfəri saxlayıb.
DİN-in mərkəzi kriminal polis departamentinin təşkil olunmuş
cinayətlərlə mübarizə üzrə baş idarəçiliyinin rəhbəri Mamuka
Celidze baş tutan brifinqdə bildirib ki, polis tərəfindən Tbilisi
beynəlxalq aeroportunda sübut olaraq 3 kilo və 100 qram narkotik
maddə “kokain” və 8 top yarım kiloya qədər heroin götürülüb.
“Mərkəzi Kriminaı Polis Departamentinin və Gəlirlər xidmətinin
gömrük departamentinin əməkdaşları, birgə aparılan əməliyyat
nəticəsində Portuqaliya vətəndaşı 1979-cu il təvəllüdlü A.F. xüsusi
olaraq böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi
saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə Tbilisi
beynəlxalq aeroportunda saxlanılıb.
İstintaq müyyən edib ki, ittiham olunan şəxs Gürcüstana
Braziliyadan uçub. Hüquq mühafizəçiləri onun çantasını axtararkən
xüsusi miqdarda – 3 kilo və 100 qram narkotik maddə kokain
çıxarıblar.Bunun üçün müvafiq ekspertiza təyin olunub. Cinayət
8-dən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə
tutur.
Həmçinin, Tbilisi beynəlxalq aeroprotunda narkotik vasitələr üçün
saxlanılan İranın iki vətəndaşı saxlanılıb. Kvemo Kartli Polis
Departamentinin əməkdaşları 1955-ci il təvəllüdlü S.Q. və 1989-cu
il təvəllüdlü P.Q. xüsusən böyük miqdarda narkotik maddənin
qanunsuz əldə edilməsi saxlanılması ittihamı ilə saxlayıblar.
Hüquq mühafizəçiləri hər iki saxlanılan şəxsdən sübut olaraq 8 top
yarım kiloya qədər narkotik maddə “heroin” götürüblər.
İstintaqla müəyyən edilib ki, ittiham olunanlar narkotiki İrandan
qanunsuz olaraq gətiriblər”- bildirib Mamuka Celidze. Onun
məlumatına görə, hər iki faktla bağlı Gürcüstan CM-nin 260-cı və
262-ci maddələri ilə istintaq gedir.