Kirəç Muğanlıda elektrik dirəyinə zərər dəydiyinə görə internetin verilməsi dayandırılıb
12 dekabr tarixində, Kirəç Muğanlı kəndində baş vermiş yol qəzası nəticəsində elektrik dirəyinə ziyan dəyib. Qəza nəticəsində elektrik, internet xəttləri zədələnib. Kənd əhalisi problema haqda "Marneuli" radiosuna bildirib.

Həmin ərazidə elektrik enerjisi olsada, internet xəttlərinə dəyən ziyana görə təxminən 10 ailə internetsiz qalıb. Bu vəziyyət kənd sakinlərini narahat edirdi.

Sakinlərin adiyyatı orqanlara müraciətindən sonra bu gün, 13 dekabr tarixində xəttlərə dəyən ziyan "Magticom" şirkət tərəfindən aradan qaldırılıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google