“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu
mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin
təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin
təşkilatçılığı ilə görüş keçirilib.
Bizimlə söhbət zamanı Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin
nümayəndəsi Mariam Qvidiani izah edir ki, əhalidə maarifləndirmə
səviyyəsinin artırılması vacibdir.
"Düşünürük ki, bu məsələ ilə bağlı maarifləndirmənin
artırılması çox vacibdir. Xalq müdafiəçisinin dəyərləndirmələrinə
görə də, diskriminasiya özü və diskriminasiya əsasında törədilmiş
cinayətlər bu gün böyük problemlərdən biridir. Bu halda da
qadınlar, uşaqlar, məhdud fiziki imkanlı şəxslər çox həssas qrup
təşkil edirlər və bu günkü görüş də məhz maarifləndimənin
artırılmasına xidmət edirdi" - Mariam Qvidiani
bildirdi.
“Nifrətin dili ilə mübarizədə gənclərin və vətəndaş
cəmiyyətinin rolu vacibdir” – deyir Nino Qobronidze.
Avropa Şurası ofisinin Gürcüstandakı layihəsinin baş ofisseri deyir
ki, görüşün məqsədi ayrı seçkiliklə, nifrətin dili ilə və nifrət
motivi daşıyan cinayətlərlə mübarizədir.
"Bu halda əsas hədəfimiz mülki sektorun nümayəndələri
və tələbələr idi. Sevinc hissi ilə demək istəyirəm ki, görüşdə çox
fəal iştirak edirlər. Bu da bir daha onu göstərir ki, nifrət dili
problemli məsələdir. Nifrət dili ilə necə mübarizə aparılması
barədə söhbətlər çox mühümdür" - Nino Qobronidze
bildirdi.
Bugünkü görüşdə QHT nümayəndələri, tələbələr və mülki aktivistlər
iştirak edirdi.