Prezident administrasiyasından 61 nəfər işdən azad olunub
Yenidən formalaşdırılmasının növbəti mərhələsi nəticəsində prezident administrasiyasından 61 nəfər əməkdaş işdən azad edilib.
İPN-ə prezidentin mətbuat katibi Xatia Moisdzrapişvilinin bildirdiyinə görə 37 əməkdaş söhbətdən keçmə nəticəsində işdə saxlanılıb, 11 əməkdaşın məsələsi isə heç müzakirə də olunmayıb çünki onlar analıq məzuniyyətindədirlər və onları qanun qoruyur.

“Dünən prezident administrasiyasında gedən yenidən formalaşdırılmasının daha bir mərhələsi başa çatdı. Birinci mərhələdə yenidənqurma 2018-ci ilin 31 dekabrında elan edildi və birinci mərhələ 60 ştat üçün kvalifikasiya tələblərinin formalaşmasından ibarət idi. Həmin dövr 15 yanvara qədər davam etdi, sonra isə ikinci mərhələ başladı. İkinci mərhələ ərzində belə vəziyyət yarandı: 61 dövlət məmurunun sayının azalmaya görə mobil sxemə düşdü, bu deməkdir ki, onlar haqqında məlumat və sənədləşdirmə ictimai xidmət bürosuna verilib ki, bir ay ərzində büro onlara mövqe axtarsın. Təklif olunan sxemə razılaşan hər kəs yeni mövqeyə keçəcək, etiraz edənlər isə bir dəfəlik kompensasiya alacaq.

Qalan vakansiyalara müsabiqələrin elan olunmasına gəldikdə isə bu artıq gələcək mərhələdir. Yeni ştat sayına görə işlənilmiş kvalifikasiya tələblərindən dolayı qalan mövqeylər ayıdnlaşacaq və müsabiqələr elan olunacaq”
- Xatia Miosdzrapişvili qeyd edib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google