DİN böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə 1 nəfəri saxlayıb
DİN-in Tbilisi polis departamentinin məntəqə müfəttişi idarəçiliyinin əməkdaşları, aparılan əməliyyat nəticəsində böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə 1980-ci il təvəllüdlü N.C.-nı Tbilisidə saxlayıblar.
Törədilmiş cinayət 15 ildən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri saxlanılan şəxsin yoxlayışı zamanı buprenorfin tərkibli narkotik maddələrdən 112 həb və 9 sındrılmış həb aşkar ediblər.

İstintaq xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi-saxlanılması və Gürcüstana gətirilməsi faktına dair CM-nin 260-cı maddəsinin 6-cı hissəsinin "a" altbəndi ilə gedir.

Mənbə:police.ge

Print