İstintaq xidməti qızıl qaçaqmalçılığı faktını aşkarlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşlrı Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə birgə aparılan əməliyyat nəticəsində Gürcüstan Gömrük sərhəddində xüsusi böyük miqdarda məhsulun keçirilməsi ilə bağlı qayda pozuntusu faktına dair bir nəfəri saxlayıb.
İstintaqla müəyyən edilib ki, cinayətdə müzakirə olunan şəxs gömrük buraxılış məntəqəsi olan Sarpı keçməklə xüsusi böyük miqdarda qeydiyyatdan keçməmiş qızılı gizlin keçirməyə cəhd göstərirmiş.

İstintaq nəticəsində 1 929 qr qızıl aşkarlanıb və onun gömrük dəyəri 100 000 laridən çoxdur.

İstintaq Gürcüstan CM-nin 214-cü maddəsinin ikinci hissəsi ilə gedir. Maddə cəza olaraq 5-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google