Strasburqda atışma – üç nəfər ölüb, 11 nəfər yaralanıb
Ötən gün Fransada Milad bayramı ilə əlaqədar təşkil olunan bazarda atışma baş verib.
Hadisə axşam saat 20:00 radələrində baş verib.

Bir nəfər Strasburqda Milad bayramı ilə bağlı təşkil olunan bazara daxil olaraq silahdan atəş açıb. Nəticədə, üç nəfər dünyasını dəyişib, 12 nəfər isə yaralanıb ki, onlardan da altısınınn vəziyyəti ağırdır.

Hadisəni törədənin şəxsiyyəti məlumdur və o, hələ də azadlıqdadır. Onun axtarışları davam edir. Paris prokurorluğu “qətl, terrorçuluq və cinayətkar dəstələrlə əlaqəli qətl törədilməsi” maddəsi ilə cinayət işi açıb.

Ba-Ren prefekturasının verdiyi məlumata əsasən, cinayətkar bazara daxil olaraq avtomat silahdan üç mövqedən atəş açıb. Hərbçilər, polis qüvvələri və təcili yardım maşınları hadisə yerinə gəlib. Bundan sonra polis ətraf ərazilərdə insanların kafe, restoran və digər qapalı məkanlardan çıxmasına qadağa qoyub.

Daxili işlər naziri Kristof Kastaner bildirib ki, qaçmağa müvəffəq olan cinayətkarın şəxsiyyəti müəyyən edilib. O, əvvəllər Fransa və Almaniyada həbs olunub və məhkumluq həyatı yaşayıb. Onun 1989-cu ildə Strasbuqda anadan olduğu bildirilir.

Cinayət zamanı avtomatik silahdan istifadə olunub. Daha bir məlumata görə, hadisə baş verən gün səhər polis oğurluqda və sui-qəsd törətməkdə təqsirli bilindiyi üçün onun evində axtarış işləri aparıb. Lakin evdə olmadığı üçün onu saxlamaq mümkün olmayıb.

Bundan əlavə, Kristof Kastaner dəqiqləşdirib ki, cinayətkarın həbs olunması üçün 350 polis işçisi səfərbər edilib, axtarışlara iki helikopter və əsgərlər cəlb olunub.

Mənbə: oxu.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google