Marneuli uşaq bağçaları birliyi uşaq bağçası
yetirmələrinə yeni ildə simvolik hədiyyələr
verəcək.
Bizimlə söhbət zamanı Uşaq Bağçaları
Birliyinin rəhbəri Zaur Kərəmov qeyd edir ki, indiki mərhələdə
hədiyyələr üçün müzakirə aparılır.
“Marneulidə cəmi 14 uşaq bağçası var. Əlbəttə yeni ildə uşaqlara
hədiyyələr verməyi planlaşdırırıq. Şirniyyat olmayacaq, müxtəlif
əşyalar verəcəyik” – deyir Zaur Kərəmov.
Büdcədən hansı məbləğ xərclənəcək bu haqda Zaur Kərəmovun dəqiq
məlumatı yoxdur və izah edir ki, məbləğlər yaxın gələcəkdə müəyyən
olunacaq.
Marneuli bələdiyyəsinin yetirmələrinə keçən ildə olduğu kimi bu
ildə ola bilsin rəsm dəftrələri, rəngli qələmlər, qələmlər və başqa
əşyalar verilsin.