DİN Tbilisidə bir neçə avtomobilin oğurlanması faktını aşkar edib – 2 nəfər saxlanılıb
12:53 / 01.02.2019
DİN-in Tbilisi Polis Departamentinin
İsani-Samqori İdarəçiliyinin əməkdaşları isti izlərlər aparılan
operativ əməliyyat nəticəsində keçmişdə mühakimə olunmuş iki
nəfəri, oğurluq ittihamı ilə Tbilisidə saxlayıb.Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, 1958-ci il təvəllüdlü D.S. və 1974-cü
il təvəllüdlü L.A. cari ilin 31 yanvarında, Tbilisidə, İsani
rayonunda 9 avtomobilin yan güzgülərini oğurlamağa cəhd göstəriblər
və bu zaman hüquq mühafizəçiləri onları yerində saxlayıblar.
Polis avtomobillərdən çıxarılmış yan baxış güzgülərini hadisə
yerindən sübut olaraq götürüb. Saxlanılanlar günahlarını etiraf
ediblər.
İstintaq Gürcüstan CM-nin 19-177-ci maddəsinin 2-ci hissəsinin "a"
və 3-cü hissəsinin "a" və "d" altbəndi ilə gedir. Maddə əvvəlcədən
razılaşmış qrup tərəfindən törədilmiş oğurluq cəhdini nəzərdə
tutur.