Türkiyə prokurorluğu 1112 nəfərin saxlanılması orderi verib
FETO təşkilatının fəaliyyətinin araşdırılması çərçivəsində Türkiyənin Təhlükəsizlik xidmətləri geniş miqyaslı əməliyyat aparır.
Əməliyyat ölkənin 76 əyalətində gedir. Qeyd olunan əməliyyat çərçivəsində Türkiyə prokurorluğu 1 112 şəxsin saxlanılması orderini verib. Onlar “Fətullah Gülənin terror təşkilatında” iştirak etməkdə ittiham olunurlar.

Xatırladaq ki, 2016-cı ildin 15 iyulunda Türkiyənin silahlı qüvvələr xidmətinin qrupu hərbi çevriliş etməyə cəhd etdi. Hücumlar əsasən İstanbul və Ankarada oldu və nəticədə 250 nəfər dünyasını dəyişdi. Rəsmi Ankara qeyd olunanla bağlı Güləni günahlandırır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google