VİDEO/FOTO - Marneulidə qazdoldurma stansiyasında partlayış baş verib
Marneulidə 26 may küçəsində qazdoldurma stansiyasında partlayış baş verib. Hadisə bu gün, səhər saat 9:30 radələrində qeydə alınıb. Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin köşkü və yük maşını yanıb. Yük maşınıın sürücüsü, Keşəli kənd sakini Hümbət Əliyevin sözlərinə görə, hadisə o, yük maşınını işə salan zaman baş verib. Maşının sahibi onu da bildirdi ki, maşınında heç bir nasazlıq olmayıb və partlayışın səbəbi ona məlum deyil.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yanğınsöndürən briqadaları və polis səfərbər olunub. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google