İstintaq xidməti saxta sertifikat və kartların hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfəri saxlayıb
12:22 / 18.02.2019
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq
xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta
peşəsertifikatlarının və kartların
hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfəri
saxlayıblar.
İstintaq müəyyən edib ki, Batumi şəhərində ittiham olunan şəxs
qanunsuz maddi gəlir məqsədi ilə elektriklik tədrisi üzrə kursun
keçirilməsini təsdiq edən saxta sertifikat hazırlayıb.
İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 362-ci maddəsinin birinci
və 180-ci maddəsinin birinci hissələri ilə gedir, maddə cəza olaraq
2ildən 4 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.