Mixail Saakaşvili genetik testin nəticələrinin yayımlanmasından sonra facebookda ona qarşı deyilən tənqidlərə rəy bildirib

Mixail Saakaşvili genetik testin nəticələrinin yayımlanmasından sonra facebookda ona qarşı deyilən tənqidlərə rəy bildirib.


Genetik testin yayımlanmasına görə onu bir çox adamlar tənqid edib, həmçinin, onun facebook səhifəsində rəylər qrafasında internet zarafatları da yaradılıb.

“Cəmiyyətdə böyük rolu olduğunu düşünən şəxslərə demək istəyirəm – özünüzə sual verin, mən və mənim partiyama Gürcüstanda yaşayan etnik qruplardan belə möhkəm dəstək haradandır? Bunu keçən seçkilərdə Gürcüstan azərbaycanlıları və Gürcüstan erməniləri bir daha sübut etdilər... ona görə ki, bu halda mənim genetik testimin nəticəsinin fərqi yoxdur. Dəfələrlə demişəm və o ermənilərdən zəhləsi gedənlər üçün yenə təsdiq edirəm – mən siyasi olaraq erməni olacam... kim azərbaycanlılara nifrət edir onlar üçün azərbaycanlı olacam... kim yəhudilərə nifrət edir onlar üçün yəhudi olacam və eyni zamanda hamı üçün gürcü olaraq qalacam. Yaxın tarixdə mənim hakimiyyətim dövründə etnik qrupların məskunlaşdığı regionlarda inkişaf və Gürcüstana inteqrasiya üçün ediləni heç kim etməyib. Və ona görə də təsirlərə baxmayaraq əhali yenə də bizə səs verdi”
– Saakaşvili facebookda yazır.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები