Heyvanların Mühafizəsi Federasiyasının tenderdə iştirakı və üçüncü dəfə dəyişdirilən direktor
Gürcüstanın Heyvanların Mühafizəsi Federasiyasının rəhbəri Temur Lacğebiani məqaləni silmək tələbi ilə bizimlə əlaqə saxladı. O, təsdiq edir ki, bizim tərəfimizdən Marneuli meriyasının itlərin sığınacağı haqqında tenderlə bağlı yayımlanan məlumat həqiqətə uyğun deyil. Tender sənədlərində isə tam başqa şey qeyd olunub və qeyd olunan nömrəyə zəng vurduqda bizə qaydaya əsasən “Vektra” MMC-nın nümayəndəsi cavab verməli idi, ancaq Heyvanların Mühafizəsi Federasiyası cavab verir.



Materialın efirə çıxmasından sonra Lacğebianinin özünə haqq qazandırmaq üçün yeni təfərrüatlar yadına düşür.

“Telefon nömrəsi keçmiş direktora aiddir, Antoni Kapatadzeyə. O, getdi və işini yerinə yetirə bilmədi, klinikada (Kutaisi baytarlıq klinikası) telefon nömrəsini qoyub. Yeni direktor təyin olunanda telefonu ona verdi və kim zəng vursa cavab verəcəkdi – bu məqsədlə onda qalıb. Bu nömrə həqiqətdə nə bizim təşkilata nə də yeni direktora, heç şirkətə də aid deyil” – Temur Lacğebiani deyir.

Lacğebianidən fərqli olaraq Heyvanların Mühafizəsi Federasiyasında çalışan Natia Abesadze təsdiq edir ki, Marneuli meriyasının tenderində qeyd olunan nömrə həqiqətən də ona məxsusdur.

“Temur Lacğebianinin xidmətinə tabeyəm. Tenderdə monitorinq xidmətinin nümayəndəsi olaraq mənim nömrəm qeyd olunub. Ona görə ki, bildiyim qədər monitorinqin xarakterizəsini də istəyirlər və ona görə mənim nömrəm qeyd olunub” - Natia Abesadze deyir.

Bizdə elə təssürat yaranır ki, Natia Abesadze öz sözlərinə əmindir. “Vektra” MMC-nın direktoru tenderdən məlum olduğu kimi 1995-ci ildə anadan olmuş Giorgi Coxonelidzedir. Onun mobil nöməsini facebook səhifəsindən tapdıq, ancaq bir neçə gündür ki, telefonu söndürülüb. Lacğebiani təsdiq edir ki, Coxonelidze bizimlə söhbət etmək istəmir.

“Həmin oğlan xirurqdur. Digər ikinci baytar Robert Qodoladze də var. O, sadəcə maliyyə direktorudur. Hansı heyvana yardım lazımdır hansına yox buna biz qərar veririk. İşini yerinə yetirməklə bağlı yalnız menecer var və jurnalistlərlə müsahibəyə memorandum çərçivəsində bizə dedi ki, siz cavab verin. Ona görə də Giorgi Coxonelidze sizə cavab vermək istəmir. Çünki özü bu mövzuda kompetentli şəxs deyil və deyir ki, birdən elə söz deyərəm heyvanların mühafizəi baxımından düzgün olmaz” - Lacğebiani deyir.

Lacğebianinin sözlərindən dolayı sualımız yaranır ki, itlərə sığınacaq xidmətinin götərilməsinə Lacğebianinin dediyinə görə kompetent olmayan şəxs niyə qoşulub. Biz maraqlandıq ki, Marneuli meriyası “Vektra” MMC ilə müqavilə bağlayan zaman texniki məsələlərlə bağlı kiminlə ünsiyyət qurub. Bu məsələ ilə bağlı meriyadan izah edirlər ki, “Vektra” MMC-yə əlavə sualları olmayıb Lazım olan halda isə tenderdə qeyd olunan nömrədən istifadə edirlər.

“Vektra” MMC altı tenderdən yalnız üçündə qalib gəlib. Onların ikisi Marneulidədir. İndi “Vektra”nın direktoru Giorgi Coxonelidzedən cavab da tələb edə bilmərik, artıq o, da Kapatadze kimi keçmiş direktorun siyahısına daxildir. Bir neçə saat əvvəl İctimai Reyestrə dəyişikliklərlə bağlı tələb daxil olub. Ona əsasən Giorgi Coxonelidze öz şirkətini “Vektra” MMC-ni təmənnasız olaraq yeni direktora, 1993-cü il təvəllüdlü Qela Natsvlişviliyə verib.





“Vektra” ilk işini Marneuli bələdiyyəsində həyata keçirib. Meriya yoxlayıcı və işi yerinə yetirən təşkilatın eyni nömrə ilə təqdim olunması zamanı maraq konfliktinin olub olmamasını araşdırmayıb. Heç onu da bilmirik ki, bələdiyyə “Vektra”ın gördüyü işdən nə dərəcədə razı qalıb. Bu suala tender komissiyasının üzvü və merin müavini Laşa Lobjanidze cava verməkdə çətinlik çəkdi.

Fakt isə birdir – meriya “Vektra” ilə müqaviləni artıq ikinci dəfə bağlayıb. Müqavilənin bağlanmasına baxmayaraq hələ də qeyd olunan dəyişikliklərdən sonra tender komissiyasının şirkətdən qısa müddət ərzində artıq üçüncü direktoru dəyişməsi kimi şərtləri nəzərə alaraq əlavə zəmanətlər tələb edəcəyi məlum deyil. Maraqlıdır belə şərtlərlə şirkət üzərinə götürdüyü öhdəlikləri vicdanlı şəkildə yerinə yetirə biləcəkmi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები