Bir ildən sonra Marneuliyə "İverioni" kəndinin nə zaman əlavə olunacağı hələ də məlum deyil
Bir il əvvəl Marneuli bələdiyyə məclisi qərar qəbul etdi ki, Marneuliyə yeni kənd “İverioni” əlavə olunacaq. Bununla bağlı bələdiyyə məclisi Gürcüstan hökumət komissiyasına sənəd göndərdi. Sənəd coğrafi obyektlərə ad verilməsini müəyyən edir, ancaq bu günə qədər heç nə dəyişməyib və həmin yeri Şulaveri ərazi vahidliyinə daxil olan məntəqə olaraq adlandırırlar.

Bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridze bizimlə söhbət zamanı deyir ki, xatırlatma məktubunu artıq hökumət komissiyasına göndəriblər.

"Marneuli" radiosu müvafiq strukturlardan məlumat araşdırır ki, Marneulidə kənd statusu verilməsi məsələsi hansı mərhələdədir.

Məntəqə uzun illərdir ki, mövcuddur. İlk sakin olaraq Neli Devidze orada 1980-ci ildə məskunlaşıb. Ona çalışdığı yerdən miras olaraq müəyyən sahədə torpaq sahəsi veriblərmiş.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები