Qori bələdiyyəsində həlak olan əsgərin anası Nazi Tatalaşvili
oğlunun öldürüldüyünü düşünür.
Onun məlumatına görə, insident zamanı İrakli Apriamaşvilinin yanına
5 nəfər gəlib və yalnız üç nəfər saxlanılıb. Nazi Tatalaşvili bütün
günahkarların ittiham olunaraq cəzalandırılmasını tələb edir.
“Heç bir intihar olmayıb. O, döyülərək öldürülüb. Onlar
işgəncə ilə öldürülüblər. Qeyd etmək lazımdır ki, oğlumun öz evində
onun üstünə vəhşi kimi atılaraq döymüşdülər [...] beş nəfər...
...Mən ədalətin bərpa olunmasını istəyirəm. Düzdür, oğlum bu gün
torpaqdadır, amma istəyirəm ki, bizi bu günə salan insanlar cavab
versinlər.
Bilirsiniz ürəyimi nə ağrıdır?! O, Əfqanıstandan tam sağlam gəlib
və burada onun dostları ona xəyanət ediblər”, -
mərhum əsgərin anası Birinci kanala deyib.
Yanvarın 11-də 41 yaşlı İrakli Apriamaşvili Qori rayonunun Axalşen
kəndindəki evində asılmış vəziyyətdə tapılıb.
Üç əsgər zorakılıq və intihar ittihamı ilə saxlanılıb.
İstintaqın versiyasına görə, hərbi qulluqçular əməkdaşlarının
təqsirləndirilən şəxsin dostunun həyat yoldaşı ilə şəxsi
yazışmalarından xəbər tutublar və bu səbəbdən adıçəkilən işçidən
qisas almaq və onu cəzalandırmaq qərarına gəliblər.
Yanvarın 11-də təqsirləndirilən şəxslər Qori rayonunun Axalşen
kəndindəki evində həmkarlarına yaxınlaşaraq fiziki təzyiq
göstərərək, onu törətdiyi əməli etiraf etməyə məcbur edib və bu
məlumatın açıqlanması, eləcə də hərbi hissədə qeyri-rəsmi münasibət
bildirməklə hədələyiblər.
İstintaqın məlumatına görə, hər üç təqsirləndirilən şəxsin hədələri
və amansız rəftarı nəticəsində zərərçəkmiş hadisə yerindən qaçıb və
daha sonra asılmış vəziyyətdə aşkarlanıb.
Saxlanılanların vəkili mübahisə və “yüngül zərbə” faktını
təsdiqləsə də, intiharla bağlı ittihamın məzmunu ilə
razılaşmayıb.