Marneulidə "İşlə Təminolunma Forumu" keçirilib
Bu gün, 1 may tarixində Marneulidə yerləşən Mədəniyyət Mərkəzində “İşlə Təminolunma Forumu” keçirilib. Forumda Marneuli Bələdiyyə Məclisinin üzvləri, layihə təşkilatçıları və iyirmiyə yaxın müxtəlif kompaniya nümayəndələri iştirak edirdilər. Bu barədə proqram Kouçu Ləman Məmmədova bildirdi ki, layihə qadınların gücləndirilməsi və işlə təminolunmasını nəzərdə tutur.

“Bu “SHUTTLE” proqramıdır və işləməyən eləcə də, işləyə bilməyən qadınların işlə təminolunmasını nəzərdə
tutur. Sosial və şəxsi bacarıqların gücləndirilməsi proqramıdır, hansı ki, 15 may tarixindən etibarən başlayacaq. Həmin qadınlara isə biznes planının və CV-nin yazılması qaydaları haqqında təlimlər keçiriləcək. Təlimlər başa çatdıqdan sonra onlar daha asan işlə təmin oluna və öz biznes planlarını həyata keçirə biləcəklər. Qeyd olunan təlimlər 3 ay intensiv şəkildə davam edəcək və bundan əlavə qadınlar həftədə bir dəfə əlavə olaraq qadınlar üçün fərdi təlimlər keçiriləcək. Bu təlim ərzində iştirakçı qadınlar öz şəxsi potensillarını maksimum dərəcədə necə üzə çıxara bilərlər onları öyənəcəklər.
Əlavə olaraq, hər bir iştirakçı üçün psixoloji konsultasiyalar da həyata keçiriləcək”,
- Ləman Məmmədova dedi.

Bundan əlavə, forum təşkilatçısı Tamar Tabukaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, belə tədbirlərin hər yerdə keçirilməsi mühümdür.

“Bizim regionlarda mərkəzlərimiz var, eləcə də Kvemo Kartlidə Rustavidə, Marneulidə xidmət göstəririk. Forumlar keçiririk, bu dəfə Marneulidə forum baş tutdu. 20-yə qədər şirkət təqdim olunmuşdu ki, 100-ə qədər vakant yerləri var idi. Tədbirin keçirilməsində Meriya və “Gənc Sahibkarlar Kəndin İnkişafı üçün” mərkəzi dəstək oldu. Biz dövlət qurumuyuq. Bizim xidmət mərkəzlərinə müraciət edə bilərlər, eləcə də qaynar xəttə zəng vura bilərlər. Sosial şəbəkəmiz də var, əhali daha çox sosial şəbəkədn istifadə edir. Hər həftə feysbuk səhifəmizə layihələrimiz haqqında məlumat yerləşdiririk. Həmçinin, müxtəlif istiqamətlərdə peşə təhsili almağa da kömək edirik. İnsanlara, gənclərə peşə bacarıqlarını inkişaf etdirməkdə kömək edirik", - Tamar Tabukaşvili qeyd etdi.

Qeyd edək ki, layihə Marneulidə Azərbaycanlı Qadınlar İttifaqının təşkilatçılığı və Avropa İttifaqı tərəfindən dəstəklənən “Gender Zorakılığının Aradan Qaldırılması və Gender Bərabərliyi məqsədi ilə Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google