Sabah aksiyaya gəlməsən mükafatı əməkhaqqınızdan çıxacağıq – Marneuli uşaq bağçalarının heyətini “Ailə Müqəddəsliyi Gününə” getməyə məcbur edirlər

Marneulinin uşaq bağçalarından birində işləyən əməkdaşın dediyinə görə, Uşaq Bağçaları Birliyi onları Tbilisiyə, “Ailə Müqəddəsliyi Gününə” getməyə məcbur edir və əməkhaqqlarını kəsəcəkləri ilə hədələyir.


“Marneuli” radiosuna Marneulili mülki fəal məlumat verib. Mülki fəalın məlumatına görə, bağça əməkdaşı onunla şəxsən əlaqə saxlayıb və Uşaq Bağçaları Birliyi tərəfindən hədələndiyi barədə məlumat verib.

Bağça əməkdaşının yazışmasından gizliliyi qorumaq zəmanəti
ilə istifadə edə bildik. Bağça əməkdaşı o dərəcədə qorxub ki, yazışmanın skrinini paylaşmağa da razı olmadı və bizdən xahiş etdi ki, yazışma stilindən onu tanımasınlar deyə, yazışmanın məzmununu bizə deyəcək.

Bağça əməkdaşı bildirir ki, iki gün əvvəl mükafat alıb və bu gün bildiriblər ki, “Ailə müqəddəsliyi günü” aksiyaya getməlidir. Əks halda onun əməkhaqqından mükafatı çıxacaqlar.

17 may tarixində, Ailə Müqəddəsliyi Gününə Marneulidən də qoşulacaqlar. Məktəb müəllimlərinin səfərbər edilməsi barədə məlumat yayılıb. Bir neçə kənddən müəllimlər “Marneuli” radiosu bu barədə məlumatı təsdiq ediblər, onlardan yürüşə qoşulmağı tələb ediblər.
Marneuli və Hucabi yeparxiyası da Tbilisidə anons edilən yürüşə qoşulacaq. Onların möminlərə etdiyi müraciətdə deyildiyi kimi, yürüş Kaşuetidən Sameba kilsəsinə qədər davam edəcək.

Gürcüstan hökuməti 17 may tarixini tətil günü elan edib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google