Bu gün səhərdən Marneulidə Mədəniyyət Evinin ətraf ərazisindən
keçsəydiniz asan şəkildə xüsusi qoxunu və rəngarəngliyi görərdiniz.
Marneuli şərab həftəliyini qeyd edir.
Tədbir çərçivəsində gürcü şərabının, bal, pendir və başqa kənd
təsərrüfatı məhsullarının sərgi satışı baş tutdu.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvili hesab edir ki, Marneulidə
şərab festivalının keçirilməsi simvolikdir. O, İmir təpələrinin
inkişaf ehtiyaclarından da danışdı.
“Burada nəhəng tapıntı var, nəhəng tarixi mədəni
kəşflər var, bu yalnız Gürcüstan miqyasında deyil, eyni zamanda
dünya miqyasında kəşflərdir. Buna görə də, İmirdəki, Şulaveridəki
təpə o təpəyə, 8 min illik tənək tarixinə layiq şəkildə qaydaya
salınacaq və Kvemo Kartli və Marneuli turstlər üçün cəlbedici
olacaq və bu istiqamətdə çox işlər görüləcək” – dedi
Şota Rexviaşvili.
Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze şərab
festivalının qeyd olunmasını vacib qiymətləndirdi və qeyd etdi ki,
şərabın mənbəyi məhz Marneuliyə bağlanır.
“Marneuli yalnız şərabçılığın beşiyi deyil, eyni
zamanda bəşəriyyətin sivilizasiyasının beşiyidir. Və bu kəşfi
yüksəklərə qaldırmalıyıq ki, dünyaya tolerantlığın, sədaqətin və
qonaqpərvərliyin simvolu kimi göstərək” – dedi Zaur
Tabatadze.
Tədbir zamanı təntənəli şəkildə üzüm sıxıldı, tatara qaynadıldı və
sucuqlar hazırlandı, müxtəlif ansambıllar xoş, gürcü musiqiləri
səsləndirdilər. Yerli sakinlər öz emosiyalarını bizimlə
paylaşdılar.
Bu il şərab festivalı artıq beşinci dəfədir ki, Marneulidə qeyd
olunur. Gürcü şərabının məşhurlaşdırılması ilə bağlı olan bir çox
maraqlı tədbirdən ibarətdir. Festivalda yerli özünüidarəetmənin
rəhbər şəxsləri və eləcə də yerli əhali və başqa dəvət olunmuş
qonaqlar iştirak edirdilər.