Həbsdən azad edilmiş Abazovun ilk müsahibəsi
"Mən çirkin
təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib ki, o,
ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək istəyirmiş.
Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi
idi
" -
bildirib Marneulinin keçmiş meri Temur Abazov. “Rustavi 2” televiziyası ilə
söhbəti zamanı.
Temur Abazovun bildirdiyinə görə o, ittiham olunan şəxs imiş.
Abazov böhtan maddəsinə əsasən məhkəməyə şikayət ərizəsi daxil
etməyi planlaşdırır. Onun sözlərinə görə bu dövr ərzində onun
ailəsi "təsəvvür edilməz dərəcədə təhqir edilib".
Marneuli meri Temur Abazovu həbsdən azad ediblər. Bu haqda məlumatı
Abazovun dostu yayımlayıb. Təqribən 7 ay ərzində Temur Abazov
həbsdə olub.
"Marneuli" Radiosuna Abazovun həbsdən azad edilməsi ilə bağlı
məlumatı onun vəkili Qaqi Mosiaşvili təsdiq edib və deyib ki,
"Abazovun həbsdə saxlanılması üçün heç bir əsas yox idi və həbs
tədbirinin dəyişdirilməsi formatında məhkəmə qərarı ilə azad
edildi".
Abazovun azad olunması haqqında məlumatı sosial şəbəkədə onun dostu
Dato Hüseynov da yayımlayıb.
Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və
qeyri-insani rəftar faktına görə Marneuli meri məhkəmə tərəfindən
14 iyunda azadlıqdan məhrum edilib.
Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3-cü
maddəsinin 2-ci hissəsinin "a" altbəndi və 25, 157.1 maddəsinin
birinci və ikinci hiasələri ilə başlamışdı. Həmin işlə bağlı
A.Allahverdiyev, A.Süleymanov və E. Quliyevə qarşı Gürcüstan CM-nin
126-cı maddəsinin 1.1-ci hissəsinin b altbəndi ilə
başlamışdır.