VİDEO/FOTO - Tbilisidə qaz sızmasından daha bir partlayış baş verib – Rustavi 2
Rustavi 2-nin məlumatına görə Tbilisidə Qetia küçəsində təbii qazın sızması nəticəsində su qızdırıcısı partlayıb və yanğın baş verib. Yerlilər "Kuriyer"ə bildiriblər ki, yanğın nəticəsində bütünlükdə həyətyanı sahə yanıb.

Yerlilər evdən çıxmağı bacarıblar. Onlar Rustavi 2-ilə söhbət zamanı qeyd ediblər ki, təbii qaz bütün gecə ərzində sızıb. Birinci mərtəbədə yaşayan vətəndaşların sözlərinə görə, onlar zəhərləniblər.
  • Fövqəladə halların idarəsi xidmətindən Netgazetiyə bildiriblər ki, yanğın Qetiya küçəsində gecə saatlarında barak tipli evdə yaranıb və 15 kv.m sahə yanıb. Onların məlumatına görə yanğın tez söndürülüb, ancaq yanğın haqqında məlumatları yoxdur.
Rustavi 2-nin məlumatına görə bu gün səhər Tbilisidə bir yaşayış korpusu yanğından xilas olub. Məlumata görə bir az əvvəl Ğaztransqaz Diğom massivində yerləşən binaya təbii qazın verilməsini dayandırıb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google