1921-ci il Rusiya-Gürcüstan müharibəsinin bir çox mühüm məqamları
və fəal fiqurları hələ də tam məlum deyil.
Sovet rejimi işğalın əleyhdarlarını “imperializmin agentləri” kimi
təqdim edərək, onların adlarını gürcü cəmiyyətinin təsəvvüründən
ehtiyatla silib, yerinə saxta nüfuzlu şəxslər qoyub.
Sovet rejimi tərəfindən “imperializm agenti” kimi təqdim olunan
fiqurlardan biri də Gürcüstan Silahlı Qüvvələrinin mayoru İsrafil
Bəy Yadigarovdur.
İsrafil
Bəy Tiflis və Sankt-Peterburq hərbi liseyini bitirib.
Birinci Dünya Müharibəsində vuruşmuşdur.
Gürcüstan müstəqilliyini elan etdikdən dərhal sonra, 1918-ci ildən
Gürcüstan ordusunda olub. Müxtəlif məlumatlara görə, o, Borçalı
mahalının hərbi əks-kəşfiyyatına da komandanlıq edib.
1921-ci ildə Sovet Rusiyasının Gürcüstana hücumu zamanı Borçalı
müsəlmanlarının süvari dəstəsinə komandirlik edib. Gürcüstanın
işğalından sonra gürcü zabiti kimi Polşa Respublikasında xidmətə
başlayıb. Polkovnik-leytenant rütbəsinə çataraq, marşal Edvard
Ridc-Smiqli adına 11-ci Ulan alayında xidmət edib.
1939-cu ildə vəfat edib, Varşavada dəfn olunub.
Bu haqda Sovet Keçmişinin Araşdırılması Laboratoriyası “Sov Lab” öz
səhifəsində məlumat yayımlayıb.