Marneulinin üç kəndində 10 807 lariyə yeni su nasosları quraşdırılıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi üç kənddə içməli su nasoslarının alınması üçün “PN” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Marneuli meriyası tərəfindən yayımlanmış müqaviləyə əsasən, Tserakvi, Tsopi, Qiulbağ kəndlərində su nasosları sıradan çıxıbmış və dəyişdirilməyə ehtiyac var idi.

“Bildiyiniz kimi, 2024-cü ilin 4 aprel tarixində Xocorni inzibati vahidliyinin nümayəndəsi, eləcə də Tserakvi sakinləri kollektiv ərizə ilə bizə müraciət ediblər.
Onlar bildirirlər ki, Tserakvi, Tsopi və Qiulbağ kəndlərində yerləşən içməli su nasosları sıradan çıxıb və buna görə, qeyd olunan kəndlərin əhalisinə içməli su verilmir, onlar tədbir aparılmasını tələb edirlər.

Yuxarıda qeyd olunanla əlaqədar bizim xidmət məsələni yerində araşdırdı və nəticədə müəyyən olundu ki, Tserakvi, Tsopi, Qiulbağ kəndlərində içməli su nasosu sıradan çıxıb və təmir olunmur, həmin kəndlər üçün yeni nasosların alınmasına ehtiyac var”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Marneuli meriyası üç kənddə içməli su nasosunun alınmasına 10 807 lari 67 tetri ödəyib.

“PN” MMC ilə bağlanmış sadələşdirilmiş müqaviləyə görə, şirkət işləri 26 aprelə qədər yerinə yetirib və kəndlərə içməli su nasosları artıq quraşdırılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google